AZ - EN - RU
Əsas səhifə
Qurani-Kərim
Hədislər
Şəri hökmlər
Əqaid
Əhli-Beyt
Təşkilatlar
Xəbərlər
Ədəbiyyat
Audio
Video
Fotolar
Mobil telefon
Sual-Cavab
Çat
Forum
Əlaqələr

 

 

 

  Türkiyənin İğdır şəhərində
İmam Hüseyn(ə) əzadarlığı keçirildi


Həzrəti İmam Hüseyn(ə) ilə 72 tərəfdarının Kərbəla çölündə şəhid edilməsi ildönümü, Türkiyənin İğdır şəhərində möhtəşəm şəkildə keçirildi.Bələdiyyə meydanında toplanan “Cəfərilər„mərsiyə deyərək qruplar halında şəhər məzarlığına qədər bütün avtomobil yolları Atatürk,Qars və Doğubəyazit ərazilərində bağlandı.Mərasimə qatılan Cəfərilər,hər il etdikləri “alınlarını yararaq qan axıtmaq„ adətini bu il qan verməklə əvəz etdilər.Məzarlıqdakı mərasimlər sırasında isə bəzi vətəndaşların əllərindəki zəncirləri kürəklərinə vuraraq İmam Hüseyn(ə)-ı andıqları nəzərlərdən qaçmadı.Mərasimdə çıxış edən din xadimi Hüseyn Yeşil,illərlə bu matəm adətlərinin davam etdiyini bildirərək “Burada toplanan minlərlə insan İmam Hüseyn(ə)-a olan sevgilərini göstərməkdədirlər.Heç bir güc bu qədər insanı könüllü olaraq toplaya bilməz„- deyə söylədi.

“Nur Xəzinəsi„ sərgisi

Bu illəri taixi, mənəvi,dini,mədəni,ictimai dəyərlərimizin yaşanması yolunda Azərbaycan və İran dövlətlərinin birgə layihəsi olan “Nur Xəzinəsi„ adı altında keçirilən sərgi böyük kütlə marağına səbəb oldu.

Azərbaycan Respublikası Qadın cəmiyyətinin “Əz-Zəhra„ islam şöbəsi və İran Respublikası “Şəcəreye Tuba„ incəsənət və mədəniyyət qrumunun birlikdə təşkil etdikləri sərgidə tariximizə məxsus gözəl incəsənət nümunələri nümayiş olundu.Sərgi iki hissədən ibarət idi.Birinci hissə müqəddəs dini məkanlar:

Həra mağarası,Məscidül-Həram,Peyğəmbər(s)-ın məscidi,Məscidül-Əqsa ,İmam Əli(ə),İmam Hüseyn(ə),və İmam Rza(ə)-ın hərəmləri,İmam Rza(ə)-ın bacısı Məsumə(ə.s) xanımın,Bibi Heybət ziyarətgahının əhatə etdiyi müqəddəs yerlərin maket və rəsmləri nümayiş olundu.

İkinci hissə incəsənət əsərləri,kitab pavilyonu,Quran pavilyonu,müsəlman qadınlara aid bölmə,xalçaçılıq və s.pavilyonlardan ibarət idi. Burada həmçinin Azərbaycanın müxtəlif bölgələrindən toplanmış 300- dən çox qədim Quran və əlyazma kitablar nümayiş olundu.Milyonçu Murtuza Muxtarova məxsus Quran,sərginin Ən böyük Quranı oldu.Belə ki 25 kq çəkidə olan bu əlyazma kitabın yazılmasında 5 kq çəkidə qızıl istifadə olunub.Eyni halda N.Nərimanova Xan qızı Natavana U.Hacıbəyova,C.Məmmədquluzadəyə və B.Kəngərliyə məxsus Quranlar və Fazil Lənkaraniyə məxsus risalə bu mərasimdə nümayiş olunan kitablar arasında idi.Şuşa qalasından gətirilən 400 il tarixə malik olan Quran da burada nümayiş olundu.Bu Quran 70 il torpaq altında qalmasına baxmayaraq öz gözəlliyini qorumaqdadır.Ən kiçik Quranın isə 1 sm ölçüsündə idi.Pənah xana məxsus güllə keçirməz və qılınc batmaz köynək də diqqət çəkisi idi.Belə ki xüsusi Quran ayələri və duaları bəzədilmiş köynəyi bu qədər əzəmətləndirən orda istifadə edilən kəlamlardır.Sərgidən sonra bir çox şəxslər Qadınlar cəmiyyətinin “Əz-Zəhra” islam şöbəsinə müraciət etmişlər.Belə sərgilərin uzunmüddətli və daha geniş keçirilməsi istəmişlər.Onu da qeyd etmək yerinə düşərdi ki, bu sərgi “Əz-Zəhra” - nın keçirdiyi birinci sərgi deyildir.Bundan başqa “Əz-Zəhra„ şöbəsi Bakıda və Gəncədə sərgilər təşkil etmişdir.

Azərbaycan Qadınlar cəmiyyəti “Əz-Zəhra„ İslam şöbəsi artıq 15 il yaxındır ki fəaliyyət.“Nur Xəzinəsi„ sərgisi də İran Qadınlar cəmiyyəti arasındakı bağlılıqdan qaynaq taparaq təşkil edilmişdi.Gələcəkdə belə sərgilərin tez-tez olacağına gözlənilir.

Dünya İslam Mədəniyyəti qarşısında diz çökür!

İngiltərənin «The Times» qəzeti həftə sonu nömrəsində «Çırpınan qitə» «Avropa başlığı» ilə verilən xəbərdə Avropanın İslam mədəniyyətinin təsirinə düşmək üzrə olduğunu yazır. «The Times» qəzeti yazır:“Eynicinsli fərdlərin evliliyini və narkotik maddələrin qəbulunu qanuniləşdirən, liberalizmin qalası olan Hollandiya son illərdə mənəviyyat uçurumundan yıxılmaq üzrədir.Amsterdam Rotterdam kimi yerlədə 20-yə qədər yaşlı köçərilərin sayı hollandiyalılardan daha artıqdır.Yaxında bu şəhərlər tamam müsəlmanların hakimiyyəti altına girəcək.Avropa mədəniyyəti yerini İslam mədəniyyətinə verməkdədir.Ancaq din adamlarına görə bu dəyişmə avropalıların dindən uzaqlaşmasından qaynaqlanır.“Eynicinsli fərdlərin evliliyinə “bəli„ deyən Avropa açıqca mədəniyyət işğalı yaratdı„- deyən Vatikan Kordinalı Oconnora görə əxlaqi çöküntünün yaşandığı ölkələr asanlıqla müsəlman mədəniyyətinin hakimiyyətini qəbul etdi.Sonra islami terror qorxusu başladı.Xalqı xristianlıqdan eynicinsli fərdlərin evliliyi və s. Bu kimi qərarlara imza atan hökümətlər, bu dəfə İslama dəstək üçün məscidlərə yardım etməyə başladılar.Beləliklə «İslami Avropa» ya doğru gedişə qatıldılar.

Ateistlərin sayı getdikdə azalır

Alman,Amerika və İngilis alimlərinə görə “Allahı tanımaqlıq„ inancına sahib şəxslərinsayı günü-gündən azalır.“Oxford„ universiteti, və “Münih„ universitetinin professorları və teolqlarına görə bunun kökundə iki əsas səbəb durur:

1)Ateizmin öz elmi dəyərlərini itirməsi 2)Ateistlərin yüksək əxlaqi dəyərlərdə örnək insanlar yetişdirə bilməməsi.

Bu xəbəri yayan “Amerikan Washinqton Times „qəzeti alimlərin açıqlamalarına görə İngiltərə,Almaniya və Amerikada bu yöndə 1200 araşdıpma aparıldığını yazır.Bir neçə il əvvəl ABŞ- dakı Harvard və Duke universitetlərində aparılan araşdırmalarda da bu nəticənin alındığı diqqəti çəkdi.

Məktəbə hicabla getmək hüququ qazandı

İngiltərənin Hüquq məhkəməsi Banqladeş əsilli Bequma hicabla təhsil almağa qadağa qoyan məktəbi haqsızlıqda ittiham etdi.Fransadan sonra Almaniyada da dini atributlara qoyulan qadağalar artarkən,İngiltərədə hicab geydiyinə məktəbdən xaric edilən musəlman bir qız açdığı hüquq davasını qazandı.Hüquq məhkəməsi Banqladeşli 16 yaşlı Şabina Bequma məktəbdə hicab geyməsinə qadağa qoyulmasını insan haqlarının tapdanması olduğunu qərar verdi.Bequma 2002 ci -ilin setyabr ayında məktəbdən qovulduqdan sonra məktəbə getmirdi.İngiltərədə dini qiyafələr geyilməsilə bağlı bir qadağa olmamasına rəğmən,Dembigh orta məktəb müəllimləri hicabın təhlükəsizlik və sağlamlıq üçün riskli olduğunu iddia etmişlər.Vəkilliyini apardığı Bequma “İnsan Haqları Sözləşməsinə„ görə Hüquq məhkəməsinə müraciət etmişdi.İndi 16 yaşlı Bequma rahatlıqla məktəbə hicabla gedə bilir.

Vəhdət Həftəsi

Bu il aprelin 26-da Xətai adına mədəniyyət sarayında «Cəfəri» ilahilər qrupunun ilk solo konserti keçirildi. Konsert Vəhdət həftəsində Muhəmməd(s) peyğəmbərin və İmam Cəfəri Sadiq(ə)-ın mövluduna həsr olunmuşdu. İlk əvvəl konserti Hacı Ruslan öz məlahətli səsi ilə Quran tilavət etməyə başladı.Sonra isə Cəfəri ilahilər qrupu öz surudları ilə tamaşaçıları feyziyab etdilər.Konsertdə Kövsər ilahilər qrupu, Hacı Eldar Aslan, Məşədi Əli Heydər və onun gözəl ansamblı da iştirak edirdilər.Tamaşaçılar ayaq üstə qalxaraq Cəfəri ilahilər qrupunu alqışlamağa başladılar.Bunu görən Cəfəri qrupunun sevincinin həddi-hüdudu yox idi.Onlar konserti Muhəmməd(s) peyğəmbərə həsr olunmuş surud ilə başladılar.800 nəfərlik konsert zalında tamaşaçı əlindən yer yox idi.Bunu da qeyd etmək olar ki,Cəfəri ilahilər qrupunun «Rəbbim» adlı ilk klipləri və «Mövla Gələcək» adlı kasetləri artıq işıq üzü gördü.

Hacı Qabulda bayram tədbiri

Həzrəti Muhəmməd(s) peyğəmbər və İmam Cəfəri Sadiq(ə)-ın mübarək mövludu keçirildi.Bu il sevimli Peyğəmbərimiz Həzrəti Muhəmməd(s)-ın mövludu ilə əlaqədar bayram tədbirləri zəngin idi. Əlamətdar tarix respublikamızın hər guşəsində olduğu kimi aprelin 24-də Hacıqabul rayonunda da təntənəli şəkildə qeyd edildi.AİP yerli komitəsinin təşəbbüsü ilə reallaşan bayram tədbirinə rayon İcra Hakimiyyətinin nümayəndəsi rayon məscidinin axundları,siyasi partiyaların, yerli komitələrin rəhbərləri və ya rayon ictimaiyətinin numayəndələri dəvət olunmuşdular.“Əhli-Beyt„ ilahilər qrupuda özünə məxsus çıxışları ilə məclisi dahada dolğunlaşdırırdı.
Qurani-Kərimin “Ənbiya„ surəsinin 107-ci ayəsində belə buyurulur:“Səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.
Həzrəti Peyğəmbərəmizin(s) mövludu bu il aprelin 26 na təsadüf edirdi.