AZ - EN - RU
Əsas səhifə
Qurani-Kərim
Hədislər
Şəri hökmlər
Əqaid
Əhli-Beyt
Təşkilatlar
Xəbərlər
Ədəbiyyat
Audio
Video
Fotolar
Mobil telefon
Sual-Cavab
Çat
Forum
Əlaqələr

 

 

 

 


ALLAHIN VARLIĞI

1. Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı? (İbrahim-10)

2. Məgər Allahın göydən yağış yağdırdığını onu yer üzündəki bulaqlara axıtdığını sonra onunla növbənöv əkin yetişdirdiyini görmürsənmi?! Sonra o (əkin) quruyar sən onu saralmış görərsən. Sonra da (Allah) onu çör-çöpə döndərər. Həqiqətən bunda ağıl sahibləri üçün ibrətlər vardır! (Zümər-21)

3. Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı?! (Mürsəlat-20)

4. Məgər sən bilmirsən ki göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?! (Bəqərə-107)

5. İmam Əli(ə) buyurur: Allahın yaratdıqlarını görüb Allaha şəkk edən kəslərə təəccüb edirəm. (Nəhcül-Bəlağə – 121-ci hikmət)

6. İmam Əli (ə) buyurur: Özünü tanıyan Allahını da tanıyar. (1000 hədis)

7. İncildə Allah-təala buyurur:"Ey insan! Özünü tanı ki, Rəbbini tanıyasan".

8. “Kim özünü tanımasa, doğru yoldan uzaqlaşıb cəhalət və zəlalət vadisinə yuvarlanar"Qürərin fəslə görə mündəricatı: səh.387

9. Peyğəmbər(s)-dan buyurur: "Sizlərdən Allahı ən yaxşı tanıyan, özünü ən yaxşı tanıyandır".Əlcəvahirüs-sünniyyə (hindistan çapı 1302-ci il) səh.94

ALLAHA İTAƏT

10. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. (Zariyat-56)

11. Mənə ibadət edin bu doğru yoldur! (Yasin-61)

12. İmam Əli(ə) buyurur: Yolların ən yaxşısı həqiqət yoludur. (Qürərül-Hikəm – c1 – s182).

13. İmam Hüseyn(ə) buyurur: Ağıl yalnız haqqa itaət etməklə kamil olur. (Biharül-ənvar – c-78 – s127)

14. Həzrət Əli(ə) nəsihət edərək buyurur: "Ey insan! Sənin dərdinin dərmanı və yuxunun oyanışı yoxdurmu? Niyə səni Allahın qəzəb qorxusu oyatmır? Halbuki, ona itaət etməmək nəticəsi ndə onun qəzəbinə düçar olmaq dərəcəsinə yetişmisən. Ona görə də süstlüyünü qətiyyətlə, qəflət yuxusunu oyanış və hərəkətlə müalicə et".Nəhcül-bəlağə (Feyzül İslam) 214-cü xütbə.

15. Həzrət peyğəmbər(s) buyurur: Ey Allahın bəndələri sizlər xəstə bütün aləmləri yaradan isə həkim kimidir. Xəstənin xeyri öz istəklərinə yox həkimin tədbirlərinə əməl etməkdədir. Buna görə nicat tapmaq üçün Allahın əmrinə təslim olun. (Məcmueyi Vərram – c2 – s117)

16. Həqiqətən (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi? (Yasin-62)

17. İmam Zaman (əc) buyurur: Allah-təala məxluqatı hikmətsiz yaratmamışdır və onları hədəfsiz və öz başına buraxmamışdır. (Biharül-ənvar – c53 s194)

18. İmam Əli(ə) buyurur: Qətiyyən başqasının bəndəsi olma! Çünki Allah səni azad yaratmışdır.(Qürərül-Hikəm – 85-ci fəsil 219-cu hədis)

19. İmam Hüseyn(ə) buyurur: İzzətli ölüm zillətli yaşamaqdan yaxşıdır. Biharul ənvar c.44. s192.

20. İmam Əli(ə) buyurur: Ey adəm övladı! Əziz olan Allah öz ne’mətlərini ardıcıl olaraq sənin ixtiyarında qoyduğu zaman və Ona itaət etmədiyindən qorx!(Nəhcül-Bəlağə – 23-cü hikmət)

21. Səccad(ə)-dan belə nəql edir: "İnsanların ən yaxşısı Allahın buyurduğu vacibi əməlləri yerinə yetirəndir."

22. İmam Səccad(ə) buyurur: Nə üçün yaranmış olduğunuzu düşünüb əməl edin. Çünki Allah sizi boş yerə yaratmamışdır. (Tühəfül-Üqul – s274)

23. “ Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin. Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!” (Həşr-19)

24. Həzrət Əmirəlmö’minin(ə) buyurur: “Ey Allah bəndələri! Elə indidən ayılın. Çünki hələ dillər azad, bədənlər sağlam, bədən üzvləri hazır, gediş-gəliş yeri geniş və imkan çoxdur. Fürsəti əldən verməmişdən və ölüm yetişməmişdən qabaq ayılın. Ölümü həmişə hazır bilin. Nə vaxtsa gələcəyini gözləməyin. (Çünki bu sizi süst edib əməllərinizin tə’xirə düşməsinə səbəb olar.) Nəhcül-bəlağə: Feyzül İslam: xütbə №187.

25. İmam Əli(ə) buyurur: Əməllərin ən şərafətlisi Allaha itaət etməkdir. (Qürərül-Hikəm – c1 – s183)

26. İmam Əli(ə) buyurur: Ən kor insan o kəsdir ki Allahdan başqasına görə iş görür və onun savabını Allahdan istəyir. (40 hədis – s45)

27. Həzrət peyğəmbər(s) buyurur: Xalq arasında ən çox ibadət edən Allahın buyurduğu vacib əməlləri yerinə yetirən şəxsdir. (Camiul-əhadis – s171 )

28. Tfu sizə də Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcəba (etdiyniz əməllərin qəbahətini) başa düşmürsünüz? (Bəqərə-44)

29. İmam Əli(ə) buyurur: Qətiyyən bütün işin arvad-uşağın üçün çalışmaq olmasın çünki arvad-uşağın Allahın dostlarıdırlarsa Allah öz dostlarını tək qoymaz; yox əgər Allahın düşmənləridirlərsə niyə Allahın düşmənləri üçün bu qədər çalışırsan? (Nəhcül-Bəlağə – 352 hikmət)

30. "Həqiqətən axır dönüş sənin Rəbbinədir". (Nəcm-42)

31. Göylərdə və yerdə hər nə varsa Allaha səcdə edir". (Nəhl-49)

32. Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!(Ali İmran-102)

ALLAHA TƏVƏKKÜL

33. “(Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!” (Ən’am - 14)

34. “Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz) Çünki O, hər şeyə qadirdir!” (Ən’am - 17)

35. “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun ne’mətini geri qaytara bilməz. Allah onu bəndələrindən istədiyinə nəsib edər. O, bağışlayandır, rəhm edəndir.” (Yunus - 107)

36. İnsanların ən imanlısı Allaha hamıdan çox təvəkkül edən şəxsdir. (Qürərül-hikəm - c1 – s196)

37. “...Əgər mö’minsinizsə, Allaha təvəkkül edin!” (Maidə-23 / Tövbə-51)

38. Əmirəlmö’minin(ə) buyurur: “Kim Allaha təvəkkül edərsə, bütün çətinliklər onun üçün asanlaşıb vasitələr hazır olaraq rahatlıqla və kəramətlə yaşayar.” Şərhi-Qürər: c - 5 / s - 425.

39. “.....Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Məhəmməd!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!” (Hud - 123)

40. Həzrət Peyğəmbər(s) buyurur: Qur’an oxuyun, ona əməl edin. Onun haqda boş-boş danışmayın və onu gəlir mənbəyinə çevirməyin. (Mizan-hədis-2103)

41. Peyğəmbər(s) buyurur: “İnsanların ən güclüsü olmaq istəyən Allaha təvəkkül etməlidir.” Biharül-ənvar: Beyrut nəşri: c-71 / s-151. Müstədrəkül-vəsail: c-2 / s-288.

42. İmam Baqir(ə) buyurur: “Allaha təvəkkül edən və arxalanan məğlub olmaz.” Müstədrəkül-vəsail: c-2 / s-288.

43. Əmirəlmö’minin(ə) buyurur: “Qəlbin möhkəmliyinin əsası Allaha təvəkkül etməkdir.” Qürərin mündəricatı: s-418 / № 3082.

TƏQVA

44. “Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun! (Peyğəmbər və əhli-beyti ilə birlikdə olun!)” (Tövbə - 119).

45. İmam Əli(ə) buyurur: Təqva əxlaqın rəhbəridir. (Nəhcül-Bəlağə – 417-ci hikmət).

46. Axirətdə isə insanların ən yaxşısı təqvalı insanlardır. (Çehel hədis – s-28)

47. Həzrət peyğəmbər(s) buyurur: İnsanların ən təqvalısı haqq sözü deyən şəxsdir. Həmin söz istər onun xeyrinə istərsə də zərərinə olsun. (Camiul-əhadis – s171 )

48. Həzrət peyğəmbər(s) buyurur: İnsanların ən əzizi onların arasında təqvası hamıdan çox olan şəxsdir. (40 hədis – s45)

49. İmam Sadiq(ə) buyurur: "Təqvasız heç bir əməlin faydası yoxdur" Üsul Kafi, c.2, səh.77 vərə fəsli

50. İmam Baqir(ə) buyurur: "İbadətlərin ən çətini təqvadır"Üsul Kafi, c.2, səh.77 vərə fəsli